Sizin reklam burada
Sizin reklam burada
  • Ağcabədidə 4 otaqlı evin yanması nəticəsində 1 nəfər xəsarət alıb

    Ağcabədidə 4 otaqlı evin yanması nəticəsində 1 nəfər xəsarət alıb Ağcabədi rayonunun Cəfərbəyli kəndində ikimərtəbəli 4 otaqlı evin yanması nəticəsində bir nəfər xəsarət alıb.
    Ötən axşam baş verən hadisə nəticəsində Şənlik kənd sakini 1989-cu il təvəllüdlü Fərhadova Əsmər Qüdrət qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə gələn təcili yardım briqadası xəsarət alan qadını Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
    Mərkəzi Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, ötən axşam saat 20:05 radələrində Əsmər Fərhadova qarın nayihəsinin termiki yanığı və hər iki budun yanması xəsarətləri ilə mərkəzə daxil olub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
    FHN-dən verilən məlumata görə, ümumi sahəsi 220 m² olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə və ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 85 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ