Sizin reklam burada
Sizin reklam burada

Gömrükdə qaçaqmal mobil telefonlar müsadirə edilib

Gömrükdə qaçaqmal mobil telefonlar müsadirə edilib Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı avtomobilin qabaq oturacaqlarının altındakı sandıqçalarda, əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd “Samsung Galaxy J1 mini” və 4 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 1 ədəd USB kabel, 4 ədəd qidalandırıcı cihaz, 5 ədəd telefon qutusu, 6 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ