Sizin reklam burada
Sizin reklam burada
  • Mosuldan bəd xəbər

    Mosuldan bəd xəbər Dünyanın diqqətinin Mosul əməliyyatında olduğu bir vaxtda İŞİD terror təşkilatı İraqın Ambar vilayətinə hücum edib.
    Bundan əvvəl Kərkükə hücum edən silahlılar Ambarın Rutbah şəhərini 6 saat ərzində nəzarətə götürüblər.
    İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatının 7-ci günündə strateji əhəmiyyətə malik Başikada nəzarət "Peşmərgə" qüvvələrinə keçib. "Peşmərgə"nin istəyi ilə Türkiyə Silahlı Qüvvələri Başikada İŞİD mövqelərinə zərbə vurub.
    Mosula hava hücumları zamanı isə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin köməkçisinin öldürüldüyü bildirilir.
    "Anadolu" agentliyinin məlumatına əsasən, son bir neçə gün ərzində İŞİD tərəfində döyüşməyi rədd edən 200 mülki şəxs terrorçular tərəfindən qətlə yetirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ