Sizin reklam burada
Sizin reklam burada

Qanunsuz şəkildə işdən azad edilmiş 20 nəfər əvvəlki iş yerlərinə bərpa olunub

Qanunsuz şəkildə işdən azad edilmiş 20 nəfər əvvəlki iş yerlərinə bərpa olunub Cari ilin 8 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti 783 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşların əmək hüquqlarının müdafiəsi, habelə gecikdirilmiş əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən onlara ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.
Cari ilin yanvar-avqust aylarında Xidmətə ünvanlanan vətəndaş müraciətlərinə əsasən görülən tədbirlər nəticəsində 783 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Həmin məbləğin 95 faizi (742 788 manat) gecikdirilmiş əmək haqlarından, qalan hissəsi isə işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Qeyd olunan ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlər əmək qanunvericiliyinin müvafiq tələbləri barədə məlumatlandırılıb, onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.
Yanvar-avqust aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 20 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən edilib və həmin vətəndaşların yenidən əvvəlki iş yerlərinə bərpası təmin olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ