Dünya - Atributinfo.az - Azerbaycan'dan Son Dakika Haberler ve Güncel Bilgiler
<language>tr</language><item>
İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb
<content:encoded><![CDATA[ 2023-cü ilin oktyabrın 7-də başlayan İsrailin Qəzzadakı müharibəsi ölkə tarixinin ən uzun və ən baha başa gələn müharibəsinə çevrilib.
"Haaretz" qəzetində dərc olunan hesabata əsasən İsrailin müharibə xərcləri təxminən 420 milyard şekelə (142 milyard dollar), dövlət borcu isə təqribən 400 milyard şekelə (135 milyard dollar) çatıb.
Hesabatda qeyd olunur ki, sursat ehtiyatlarının daha qısamüdddətli müharibələr üçün hazırlanmasına baxmayaraq 2023-cü ilin oktyabr ayının sonlarında Qəzzada quru əməliyyatına başlayan İsrailin döyüş gözləntisi üç aylıq olub.
İsrailin ehtiyatda olan zabitlərindən biri "Haaretz" qəzetinə bildirib ki, bəzi sursat növlərinin ehtiyatı hətta qısa bir müharibə üçün belə kifayət etmirdi, bəzi kateqoriyalarda isə real istehlak ilkin planlaşdırılan səviyyədən iki dəfə çox olub.]]></content:encoded>
Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir
<content:encoded><![CDATA[ Misir Prezidenti Prezidenti Əbdülfəttah əs-Sisi Əl-Alameyn şəhərində Qəzza və digər regional böhranları müzakirə etmək ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Cared Kuşner ilə danışıqlar aparıb.
 Kuşnerin Trampın sülh planını müzakirə etmək üçün Qahirədə HƏMAS nümayəndə heyəti ilə də görüşəcəyi planlaşdırılır.
Onun Misirə səfəri İsrailin Baş naziri Benyamin Netanyahunun Trampın 15 bəndlik sülh planını açıq şəkildə rədd etməsindən sonraya təsadüf edir.
Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovun Qahirədəki görüşdə Kuşneri müşayiət edəcəyi gözlənilir.
Danışıqlar Qəzzada beynəlxalq koalisiyaya aid hərbi qüvvələrin yerləşdirilməsi, İsrail qoşunlarının geri çəkilməsi və humanitar yardımlar üzrə keçiriləcək.]]></content:encoded>
Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb
<content:encoded><![CDATA[ ABŞ Ordusu Texasda baş verən faciəvi qəzadan sonra "AH-64 Apache" tipli helikopterlərin təlim uçuşlarını müvəqqəti olaraq dayandırıb.
Ordunun rəsmi bəyanatına əsasən, komandanlıq qəzanın dəqiq səbəbləri tam müəyyənləşənə qədər bütün "AH-64 Apache" helikopterlərinin uçuşlarının dayandırılması barədə göstəriş verib.
Xatırladaq ki, avqustun 12-də Texasın mərkəzi hissəsində "Apache" helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan hər iki heyət üzvü həyatını itirib.]]></content:encoded>
Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik
<content:encoded><![CDATA[ ABŞ İranı məhv etmək niyyətində deyil, lakin İslam Respublikası hücumlara başlayarsa, Vaşinqton buna yüz dəfə daha güclü cavab verəcək.
 ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək ara seçkilər ərəfəsində Tehranın Yaxın Şərqdə daha aqressivləşə biləcəyi iddialarına bu cür reaksiya verib. "Fox News" telekanalına müsahibə verən Ağ Ev rəhbəri bildirib: "Biz hər şeyi məhv etməyə qadirik, lakin bunu etmək istəmirik. Əgər onlar zərbə endirsələr, cavabımız yüz dəfə daha güclü olacaq".]]></content:encoded>
Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub
<content:encoded><![CDATA[ Kolumbiyanın Kundinamarka departamentində mədəndə baş verən partlayışı nəticəsində 6 nəfər həlak olub, 1 nəfər isə xilas edilib.
 “Blu Radio"nun regional qubernator Xorxe Emilio Reyə istinadla yaydığı məlumata görə, xilasedicilər Kukunuba bələdiyyəsinin La Ramada ərazisindəki mədəndən 6 nəfərin cəsədini çıxarıblar. Hadisədən əvvəl əraziyə baxış keçirən müfəttişlərin təhlükəsizlik pozuntuları aşkar etdiyi və mədəndəki fəaliyyəti rəsmən dayandırdığı bildirilir. Hazırda mütəxəssislər partlayışın dəqiq səbəblərini öyrənməklə yanaşı, rəsmi qadağaya baxmayaraq, mədəndə işlərin niyə davam etdirildiyini araşdırırlar.]]></content:encoded>
Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır
<content:encoded><![CDATA[ NATO ölkələrinin müdafiə planlaşdırmasındakı uğursuzluqlar Ukraynanın hava hücumundan müdafiə (HHM) ehtiyaclarını qarşılamaqda ciddi çətinliklər yaradır.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Ukraynanın hava məkanını qorumaq üçün tələb olunan raket sayı dünyada illik istehsal həcmindən 3-4 dəfə çoxdur, bu isə tərəfdaş ölkələri öz müdafiə ehtiyatlarını riskə atmamaq üçün dəstəkdən çəkinməyə sövq edir.]]></content:encoded>
Yeni hazırlanan və soyuducuda saxlanmasına ehtiyac olmayan vaksin israfın qarşısını ala bilər – Tədqiqat
<content:encoded><![CDATA[ Böyük Britaniyada alimlər tərəfindən hazırlanan, soyuducuda saxlanmasına ehtiyac olmayan və otaq temperaturunda toz halında qoruna bilən vaksinin peyvənd israfının qarşısını ala biləcəyi açıqlanıb.
 Milli Səhiyyə və Tibbi Qulluq Tədqiqatları İnstitutunun dəstəyi ilə aparılan araşdırma çərçivəsində tədqiqatçılar maye halında olan tetanus-difteriya vaksininin tərkibinə “trehaloz” maddəsi əlavə edərək, onu quru toz halına gətiriblər.
Tədqiqatçılar 1 il ərzində otaq temperaturunda saxladıqdan sonra su ilə yenidən maye halına gətirdikləri vaksini 60 könüllü üzərində sınaqdan keçiriblər.
Araşdırmanın nəticələrinə əsasən, tədqiqatçılar soyuducuda saxlanmasına ehtiyac olmayan vaksinin ənənəvi tetanus-difteriya vaksini ilə bərabər səviyyədə immun reaksiyası yaratdığını müəyyən ediblər.
Vaksinin “təhlükəsiz və yaxşı” tolere edildiyini bildirən tədqiqatçılar onun komponentlərinin mənfi 20 dərəcədən 40 dərəcəyədək temperatur aralığında da dayanıqlığını qoruduğunu qeyd ediblər.
Tədqiqatçılar bu yeni metodun vaksinlərin istehsalından tətbiqinə qədər müəyyən temperatur şəraitində saxlanılmasını tələb edən “soyuq zəncir” sistemindən asılılığı azalda biləcəyini deyiblər.
Onlar, həmçinin qarşıdakı aylarda 160 nəfərin iştirak edəcəyi daha genişmiqyaslı klinik sınaq keçirəcəklərini açıqlayıblar.
Tədqiqatçılar həmin texnologiyanın quraqlıq dövründə quruyan, yağış yağdıqda isə yenidən canlanan bitki növlərindən ilhamlanaraq hazırlandığını bildiriblər. Onların sözlərinə görə, bitkilərin istehsal etdiyi “trehaloz” maddəsi quraqlıq zamanı hüceyrələri qoruduğu kimi, vaksinlərin aktiv komponentlərinin də qorunmasını təmin edir.
Alimlər bu yeni metodla vaksin israfının qarşısının alına biləcəyini vurğulayıblar.
Araşdırmanın nəticələri "EClinical Medicine" nəşrində dərc olunub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada istehsal edilən vaksinlərin təxminən yarısı daşınma zamanı zədələnmə, istifadə müddətinin başa çatması, istifadə olunmayan dozalar və xüsusilə “soyuq zəncir”in pozulması səbəbindən istifadə olunmadan məhv edilir.]]></content:encoded>
ABŞ: İrana qarşı dəniz blokadası müddətsiz davam edə bilər
<content:encoded><![CDATA[ ABŞ cümə axşamı günü İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə davam etdirə biləcəyini və Tehrana iqtisadi təzyiqi artıracağını açıqlayıb.
Müdafiə naziri Pit Heqset jurnalistlərə bildirib: “ABŞ ordusu ölkəyə ciddi iqtisadi ziyan vuran İrana qarşı blokadanı tətbiq etmək üçün regionda dəniz qüvvələrinin mövcudluğunu saxlamaq imkanına malikdir”.
Heqset Panamaya səfəri zamanı qeyd edib: “ABŞ Hərbi Dəniz Qüvvələri belə bir blokadanı qeyri-müəyyən müddətə saxlaya bilər, çünki biz gəmilərin rotasiyasını aparacağıq, necə ki, bunu etmişik və etməyə davam edəcəyik”.
“Reuters” agentliyinin məlumatına görə, maliyyə naziri Skott Bessent cümə axşamı günü bildirib ki, ABŞ maliyyə cəhətdən İrana daha böyük ziyan vurmağı planlaşdırır.
Bessent “Newsmax”da yayımlanan “Rob Schmitt Tonight” verilişinin efirində deyib: “Bizi izləməyə davam edin, gələn həftə daha çox açıqlama olacaq, çünki iqtisadi təcrid tarixində görünməmiş tədbirlər tətbiq edəcəyik”.
Prezident Donald Tramp ABŞ-nin boğaza “tam nəzarət” etdiyini dəfələrlə iddia edib və bu, İranın təkziblərinə səbəb olub. Tehran bildirib ki, onun şərtləri yerinə yetirilənə qədər su yolunu açmayacaq. Bunlara iqtisadi sanksiyaların qaldırılması və dondurulmuş İran aktivlərinin azad edilməsi daxildir.
Qlobal iqtisadiyyat artan təzyiq altındadır. Çərşənbə günü Beynəlxalq Enerji Agentliyi qlobal neft tədarükünün bu il gündə 4,3 milyon barel və ya təxminən 4 faiz azalacağını proqnozlaşdırıb.]]></content:encoded>
Avropa tam Günəş tutulmasını elektrik enerjisində fasilə olmadan keçirib
<content:encoded><![CDATA[ Avropa tam Günəş tutulmasını elektrik enerjisinin verilişində fasilələr yaranmadan və enerji təchizatı sabit qalmaqla keçirib.
Bunu Avropa Elektrik Ötürücü Şəbəkələri Operatorları Birliyinin (ENTSO-E) eksperti TASS-a açıqlamasında bildirib.
“İtaliya, İspaniya və Portuqaliya da daxil olmaqla, Avropa İttifaqının bütün ölkələrində, tutulmanın 99,99 faizə çatdığı ərazilərdə belə, elektrik enerjisi təchizatı sabit qalıb və şəbəkədə heç bir nasazlıq qeydə alınmayıb”, - deyə ENTSO-E-dən bildirilib.
Qeyd edək ki, qurum daha əvvəl Günəş enerjisi istehsalının azalması nəticəsində Avropanın enerji sisteminin 9,7 giqavata qədər enerji çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Bu itkilərin operativ şəkildə kompensasiya olunması məqsədilə Avropa Komissiyası və enerji şəbəkələrinin operatorları mümkün ssenarilər üzrə fəaliyyətlərin əlaqələndirilməsi, o cümlədən qazla işləyən istilik elektrik stansiyalarının əlavə generasiya güclərindən istifadə ilə bağlı hazırlıq işləri aparmışdı.
Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzinin eksperti Dian Attmanın sözlərinə görə, Günəş tutulması enerji sistemi baxımından olduqca əlverişli şəraitdə baş verib. Onun bildirdiyinə görə, tutulma Mərkəzi Avropa vaxtı ilə təxminən saat 19:30-da başlayıb. Bu isə iş gününün başa çatdığı, günorta saatlarında enerji tələbatının azaldığı, axşam saatlarında isə işıqlandırma ilə bağlı tələbatın hələ yüksəlmədiyi vaxta təsadüf edib.
Bundan başqa, həmin günlərdə Avropanın əksər ölkələrində havanın nisbətən sərinləşməsi kondisioner və digər soyutma sistemlərinə tələbatı azaldıb. Küləyin sürətinin kifayət qədər olması da külək enerjisi istehsalının sabit qalmasına imkan verib. Ekspertin sözlərinə görə, müxtəlif hesablamalara əsasən, Avropa ölkələrinin əhalisinin 10 faizə qədəri tutulmanı küçələrdə izləyib və bu müddətdə elektrik şəbəkəsindən istifadə etməyib.
Belçikada isə Günəş tutulması böyük marağa səbəb olub. On minlərlə insan hadisəni təxminən iki saat ərzində izləmək üçün şəhərlərin küçə və meydanlarına çıxıb.
Belçikada, eləcə də Mərkəzi və Şimali Avropanın digər ölkələrində tutulma İspaniyadan fərqli olaraq qismən müşahidə olunub. Brüssel ərazisində Ayın kölgəsi Günəş diskinin təxminən 90 faizini örtüb. Buna baxmayaraq, küçələrdə tam qaranlıq yaranmayıb, lakin işıqlanmanın səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb.]]></content:encoded>
Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib
<content:encoded><![CDATA[ Dünya Güləş Birliyi (UWW) 3-8 avqust tarixlərində Bakıda “More Than Medals” düşərgəsinin 10 illik yubileyi münasibətilə keçirilən tədbirlə bağlı yazı hazırlayıb.
Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Yazıda qeyd edilib ki, UWW-nin İnkişaf Departamenti tərəfindən keçirilən yubiley düşərgəsində rekord sayda – 21 ölkədən 74 idmançı və 21 məşqçi olmaqla, ümumilikdə 95 iştirakçı bir araya gəlib. Bu göstərici “More Than Medals” düşərgəsinin tarixində ən böyük iştirak sayı olub.
Proqramın 10 illik yubileyi UWW prezidenti Nenad Laloviçin təşəbbüsü ilə həyata keçirilib. Layihənin əsas məqsədi gənc güləşçilərin yalnız xalça üzərində deyil, həm də şəxsi inkişaf baxımından dəstəklənməsi, onların aidiyyət hissinin, özünəinamının və dostluq münasibətlərinin gücləndirilməsidir.
Düşərgənin fəlsəfəsinə uyğun olaraq, iştirakçılar üçün zəngin və müxtəlif proqram hazırlanıb. Təlimlər çərçivəsində güləş üzrə texniki məşğələlər, əyləncəli oyunlar, fiziki hazırlıq və güc məşqləri, çimərlik güləşi, antidopinq maarifləndirilməsi, eləcə də iqlim dəyişikliyi və ətraf mühitlə bağlı maarifləndirici tədbirlər keçirilib. Eyni zamanda, düşərgə tədbir iştirakçılarının bir-biri ilə ünsiyyət qurmasına, təcrübə mübadiləsi aparmasına və dostluq münasibətləri yaratmasına şərait yaradıb. Düşərgənin 10 illik yubileyi həftə ərzində formalaşan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə imkan verən ənənəvi Azərbaycan süfrəsi və əyləncə proqramı ilə başa çatıb.
Maarifləndirici proqram çərçivəsində Olimpiya çempionları - Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov gənc idmançılarla öz karyeraları və qazandıqları təcrübə barədə fikirlərini bölüşüblər. Onlar gənc nəslin güləşə sadiq qalmasının, özlərinə inanmasının və Olimpiya arzularının arxasınca getməsinin vacibliyini vurğulayıblar.
Yunan-Roma güləşi üzrə U-17 millisinin böyük məşqçisi Rafiq Hüseynov düşərgənin əhəmiyyətini yüksək qiymətləndirib: “Bu düşərgə sadəcə güləş məşqlərindən ibarət deyildi. Müxtəlif ölkələrdən olan gənc idmançıların bir-birindən öyrənməsi, dostluq münasibətləri qurması və idmanımızın əsl dəyərlərini hiss etməsi üçün böyük imkan yaratdı. İnanıram ki, bu anlar onların yaddaşında uzun illər qalacaq və təkcə güləşçi kimi deyil, həm də şəxsiyyət kimi formalaşmalarına töhfə verəcək. Güləş məhz budur – medallardan daha böyük anlam kəsb edir”.
Tunisin U-17 qadın güləşi üzrə millisinin baş məşqçisi Feten Hammami düşərgənin həm peşəkar, həm də şəxsi baxımdan faydalı olduğunu qeyd edib: “Düşərgə həm peşəkar, həm də şəxsi baxımdan əla təcrübə oldu. Müxtəlif ölkələrdən olan məşqçi və idmançılarla öyrənmək, təcrübə mübadiləsi aparmaq və ünsiyyət qurmaq imkanımız yarandı. Meksikadan Lupita və İspaniyadan Tereza ilə birgə məşğələdə iştirak etmək fikirlərimizi bölüşmək baxımından gözəl fürsət idi. Müsbət atmosferi, məşğələlərin yüksək səviyyəsini və həftə ərzində hökm sürən güclü əməkdaşlıq ruhunu yüksək qiymətləndirdim. Ümid edirəm ki, müxtəlif ölkələrdən olan məşqçi və idmançıları bir araya gətirərək öyrənməyə, təcrübə mübadiləsinə və inkişaf etməyə imkan verən belə düşərgələri gələcəkdə də davam etdirə biləcəyik”.
Meksika nümayəndə heyətinin rəhbəri Mariya Qvadalupe Bautista düşərgənin gənc idmançıların inkişafında mühüm rol oynadığını bildirib. O, möhtəşəm təcrübəyə görə təşkilatçılara dərin təşəkkürünü bildirib: “Ölkənizdən xoş xatirələr və böyük minnətdarlıq hissi ilə ayrılırıq. Uşaqlar evə çox xoşbəxt, motivasiyalı və zəngin təəssüratlarla qayıtdılar. İnanıram ki, məhz belə imkanlar onların inkişafında mühüm rol oynaya bilər. Meksikanın qapıları sizin üçün hər zaman açıqdır. Ümid edirik ki, çox yaxın zamanda yenidən görüşəcəyik”.
Əlcəzair nümayəndə heyətinin üzvü Nuiqa Sofyanın təəssüratları belə olub: “Bu düşərgədə iştirak etmək bizim üçün böyük şərəf oldu. Düşərgə yüksək səviyyədə təşkil olunmuşdu və bizə öyrənmək, təcrübə mübadiləsi aparmaq, eləcə də dünyanın müxtəlif ölkələrindən olan iştirakçılarla möhkəm dostluq əlaqələri qurmaq üçün dəyərli imkan yaratdı. UWW-yə və Azərbaycana göstərdikləri səmimi qonaqpərvərliyə, isti münasibətə və düşərgənin yüksək səviyyədə təşkilinə görə dərin təşəkkürümüzü bildiririk”.
Argentina nümayəndə heyətinin rəhbəri Dieqo Sebastyan Kasas güləşin müxtəlif ölkələrdən olan insanları birləşdirən mühüm vasitə olduğunu vurğulayıb: “Burada hər bir söhbətdən, hər bir tövsiyədən və xüsusilə bilik və təcrübə mübadiləsindən çox şey öyrəndim. Bu düşərgədən zəngin təcrübə və ən əsası, çox dəyərli insanlarla bağlı xoş təəssüratlarla ayrılıram”.
UWW-nin İnkişaf Departamentinin direktoru Deqa Niamkey düşərgənin gənc güləşçilər üçün ilhamverici olduğunu bildirib: “Güləşə töhfə vermək və bu idman növünün inkişafı naminə çalışmaq mənim üçün böyük şərəfdir. Azərbaycan Güləş Federasiyasına xüsusi təşəkkürümü bildirirəm. Siz möhtəşəm ev sahibi və böyük dostsunuz”.]]></content:encoded>