Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ bir neçə saat sonra İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb

    ABŞ qüvvələri iyulun 14-də Şərq vaxtı ilə saat 16:00-dan etibarən İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatına qarşı blokadanı bərpa edəcək.

    Bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı bəyanatda bildirilir.

    Qeyd olunur ki, blokada İran limanlarına və sahil ərazilərinə istiqamətlənən, eləcə də həmin ərazilərdən tranzit keçən gəmilərə şamil olunacaq.

    “ABŞ ordusu blokadanın tələblərinə əməl edən bütün gəmilər üçün regional sularda dəniz nəqliyyatının təhlükəsiz hərəkətini dəstəkləməyə davam edir. Bütün dənizçilərə Oman körfəzi və Hörmüz boğazına yaxınlaşarkən dənizçilər üçün yayımlanan bildirişləri izləmələri və 16-cı kanal vasitəsilə ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamaları tövsiyə olunur”, – deyə bəyanatda vurğulanır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ