Sizin reklam burada
Sizin reklam burada
  • Media: ABŞ İranın hücumları fonunda hərbi bazalarını Körfəz ölkələrindən İsrailə köçürə bilər

    İranın Körfəz ölkələrinə hücumları fonunda ABŞ-nin hərbi bazalarının İsrail ərazisinə köçürülməsi gündəmə gəlib.

    Bu barədə rəsmi mənbələrə istinadla məlumat yayan İsrailin “Hayom” nəşrinin bildirdiyinə görə, Yaxın Şərqdəki Amerika bazalarının İsrailin cənubundakı Nəcəf səhrasına köçürülməsi ehtimalı hökumətin iclasında müzakirə edilib.

    Siyasi rəsmilər ABŞ bazalarının İsrailə köçürülməsi ehtimalını müsbət qiymətləndirirlər və bu məsələ artıq yüksəkvəzifəli Amerika rəsmiləri ilə müzakirə olunub.

    Lakin hələ yekun qərar verilməyib və tərəflər arasında müzakirələr davam edir.

    ABŞ-nin Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərdə bazaları var və bunların hamısı İranın raket hədəfi mənzilində yerləşir. Məlumata görə, İsrail Amerika üçün bir neçə açıq üstünlük - Yaxın Şərqdəki əsas əməliyyat sahələrinə coğrafi yaxınlıq, sıx təhlükəsizlik və kəşfiyyat əməkdaşlığı, inkişaf etmiş texnoloji infrastruktur, Amerikapərəst əhali və hava hücumundan müdafiə sistemi təklif edir. Bu potensial üstünlüklərə əlavə olaraq, İsraildə daimi və geniş Amerika bazasının olması, xüsusən də ABŞ ilə birbaşa qarşıdurma halında, ölkəni İran və bölgədəki digər aktyorlar üçün daha da əhəmiyyətli bir hədəfə çevirə bilər.

    Müzakirələr zamanı ortaya çıxa biləcək digər məsələ belə bir addımın İsrailin hərəkət azadlığına nə dərəcədə təsir göstərə biləcəyidir. Bununla belə, Amerika qüvvələrinin və infrastrukturunun İsrail torpağında yerləşdirilməsi Vaşinqtonun İsrailə qarşı təhlükəsizlik öhdəliyini gücləndirə bilər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ