Bu barədə “The New York Times” (NYT) nəşri ABŞ kəşfiyyat məlumatlarına istinadən yazıb.
Mənbələrin sözlərinə görə, İran yeraltı raket anbarları və buraxılış sistemlərinin təxminən 90 faizini, həmçinin mobil raket qurğularının və müharibədən əvvəlki arsenalının 70 faizini bərpa edib.
Qeyd olunur ki, bu vəziyyət Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün təhlükə yarada bilər.
Nəşr, həmçinin bildirir ki, yeni kəşfiyyat məlumatları ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranın hərbi imkanlarının zəiflədilməsi ilə bağlı açıqlamalarını tam təsdiqləmir.
