Sizin reklam burada
Sizin reklam burada
  • Tailandda daha bir kran qəzası baş verib, ölənlər və yaralananlar var

    Tailandda daha bir qaldırıcı kran qəzası tələfata səbəb olub.

    Ğlkənin Samutsakhon şəhərində qaldırıcı kranın avtomobil yoluna aşması nəticəsində azı 2 nəfər ölüb, 5-i xəsarət alıb.

    Səhər saatlarında baş verən hadisə zamanı kranın bəzi hissələri yolda hərəkətdə olan 2 avtomobilin üstünə düşüb.

    Krandan avtomobil yolunda körpünün inşasında istifadə olunurmuş.

    Qeyd edək ki, yanvarın 14-də Tailandda dəmir yolunda inşaat işlərində istifadə edilən qaldırıcı kranın qatarın üzərinə düşməsi nəticəsində 32 nəfər ölüb, 64-ü xəsarət alıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ