Sizin reklam burada
Sizin reklam burada
  • Kiyevə kütləvi hava hücumu olub, ölən və xəsarət alanlar var

    Gecə saatlarından başlayaraq, Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə kütləvi və çoxkombinasiyalı hava hücumu edib.

    Şəhərə ilkin olaraq kamikadze dronları ilə hücum edilib, partlayış səsləri eşidilib.

    Kiyev şəhər meri Vitali Kliçko “Telegram” səhifəsində məlumat verib, paytaxtın Darnitski rayonunda yanğın baş verib. Bir nəfərin öldüyü məlum olub.

    Dneprovski rayonunda uşaq bağçasının binasında yanğın olub. “Lukyanovskaya” metro stansiyasının girişinə ziyan dəyib, yaralıların olduğu deyilir.

    Qeyd edək ki, paytaxt Kiyevdən başqa Ukraynanın Lvov, Poltova, Vinnitsa, Xarkov, Nikolayev, Odessa və digər vilayətlərinə də hava hücumu olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ