Göyərtəsində 81 əfqan miqrantın olduğu təyyarə Leyptsiq şəhərindən Əfqanıstan istiqamətində yola düşüb. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, Almaniya Talibanın 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirməsindən sonra ikinci dəfədir Əfqanıstan vətəndaşlarını öz ölkələrinə deportasiya edir.
