Sizin reklam burada
Sizin reklam burada
  • Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılıb

    Böyük Britaniyada COVID-19-un yeni ştamı sürətlə yayılmağa başlayıb.

    “Stratus” adlanan bu ştamın XFG və XFG.3 adlı iki variantı mövcuddur.

    Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, XFG.3 hazırda ən geniş yayılan variant hesab edilir.

    Digər ştamlardan fərqli olaraq, “Stratus”un diqqətçəkən xüsusiyyəti onun özünəməxsus simptomudur. Bu ştama yoluxan insanlarda səsin batması və boğazda xırıltı müşahidə edilir.

    Adıçəkilən agentliyin baş epidemioloqu Aleks Allen bildirib ki, virusların zamanla mutasiyaya uğraması və dəyişməsi normaldır. “Biz bütün COVID-19 variantlarını yaxından izləməyə davam edirik”, - deyə o vurğulayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ