Sizin reklam burada
Sizin reklam burada
  • İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

    ABŞ-ın İrana endirdiyi zərbələr beynəlxalq hüququn və BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır.

    Bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

    Ə.S.İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədrinə və təşkilatın Baş katibinə ünvanladığı məktubda deyilir: “Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ