Sizin reklam burada
Sizin reklam burada
  • Hindistandakı təyyarə qəzasında ölənlərin sayı 300-ə yaxınlaşır

    Hindistanın “Air İndia” şirkətinə məxsus “Boeing 787 Dreamliner” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 297-yə çatıb.

    Ölənlərin 229-u sərnişin, 12-si təyyarənin heyət üzvüdür. Təyyarənin yaşayış məntəqəsində tibb kollecinin üzərinə düşməsi nəticəsində təhsil ocağının müəllim və tələbələrindən 56 nəfər də ölüb. Bundan başqa, tibb kollecinin tələbə və müəllimləri arasında itkin düşən və xeyli xəsarət alanlar da var. Qəza nəticəsində təyyarədə olanlardan yalnız bir sərnişin sağ qalıb.

    Qeyd edək ki, təyyarə iyunun 12-də Əhmədabad şəhərindən Londona uçmaq üçün səmaya qalxandan qısa müddət sonra yaşayış məntəqəsində tibb kollecinin binası üzərinə düşüb. Qəzanın dəqiq səbəbi bilinmir. Hindistanın hüquq mühafizə orqanları faciəvi təyyarə qəzası ilə əlaqədar cinayət işinə başlayıb. “Boeing” şirkəti də təhqiqata hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib. Təyyarənin “qara qutu”larından biri tapılıb.

    Bu, 2009-cu ildən istifadə olunan “Boeing 787 Dreamliner” təyyarələrinin üzləşdiyi ilk qəzadır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ