Bunu NATO ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin iclasında iştirak etmək üçün Brüsseldə səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
Xarici agentliklərdən birinə müsahibə verən Türkiyə Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, bu gün Ankara Dəməşqə həm məsləhət xarakterli məsələlərdə, həm də hərbi mütəxəssislərin hazırlanmasında iştirak edir.
Türkiyəli nazir Suriya ilə bağlı İsraillə texniki təmasların davam etdirilməsi məsələsindən də danışıb. O vurğulayıb: “Xüsusilə qeyd etmək istərdim ki, Türkiyə ilə İsrail arasında Suriyada toqquşmaların qarşısının alınması mexanizmi ikitərəfli münasibətlərin normallaşması demək deyil”.
