
Bu barədə İranın “Nournews” agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda mərminin atıldığı yerin müəyyən edilməsi istiqamətində təhqiqat davam edir. Hücumun Tehran vaxtı ilə saat 02:00-da baş verdiyi deyilir.
Eyni zamanda, Livanın al-Mayadeen telekanalı iranlı mənbəyə istinadla İsmayıl Haniyəni öldürən bombanın İrandan atılmadığını bildirib. “İsmayıl Haniyə İrandan deyil, başqa ölkədən endirilən zərbə nəticəsində həlak olub”, - mənbə telekanala belə deyib.