Sizin reklam burada
Sizin reklam burada
  • Siciliya adasında Etna vulkanı püskürüb

    Siciliya adasında Etna vulkanı püskürüb Siciliya adasında Etna vulkanı yenidən püskürüb.
    Bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
    Məlumata görə, püskürmə vulkanın cənub-şərq kraterində baş verib. İnstitutun ekspertlərinin qiymətləndirmələrinə görə, püskürmə sütununun hündürlüyü dəniz səviyyəsindən təqribən 4,5 min metr hündürlükdə olub.
    Etna vulkanının hazırki püskürmə fazasının Siciliyanın Kataniya şəhər aerportunun fəaliyyətinə təsir göstərmədiyi qeyd olunub.
    Qeyd edək ki, Etna vulkanı mütəxəssislərin daimi müşahidəsi altındadır. Bir qayda olaraq, bu vulkanın aktivliyi əhali üçün təhlükə törətmir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ