Sizin reklam burada
Sizin reklam burada
  • Bu ölkədə fövqəladə vəziyyət elan edilib

    ABŞ-nin Nyu-York ştatının qubernatoru Keti Hokul şəhərdə fövqəladə vəziyyət elan edib.
    Bu barədə xarici KİV-lərə istinadən xəbər verilir.
    Bildirilir ki, buna səbəb bir neçə saatdır davam edən leysan yağışları olub.
    “Nyu-York, Lonq-Aylend və Hudson vadisində fövqəladə vəziyyət elan edilib”, - Keti Hokul öz “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.
    Qeyd edək ki, sentyabrın 28-də axşam saatlarından başlayan leysan yağış nəticəsində bəzi küçələri su basıb. La-Quardiya hava limanlarından birinin, eləcə də bir neçə metro xəttinin işi dayandırılıb. Yağışın ən azı daha iki saat davam edəcəyi gözlənilir.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ