Sizin reklam burada
Sizin reklam burada
  • Hindistan Kanada diplomatını ölkədən qovur

    Atributinfo.az xəbər verir ki, Hindistan Kanadanın yüksək səviyyəli diplomatının ölkədən çıxmasını tələb edib.
    Bu barədə Hindistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
    Məlumata görə, Kanadanın Hindistandakı səfiri Kameron Makkey Xarici İşlər Nazirliyinə çağırılıb və müvafiq qərar ona bildirilib.
    Diplomata ölkəni tərk etməsi üçün 5 gün vaxt verilib.
    Qərarın Kanada hökumətinin yüksək səviyyəli Hindistan diplomatını ölkədən çıxarmaq qərarına cavab olduğu bildirilir.
    Qeyd edək ki, bu gün Kanada hökuməti Hindistanın yüksək səviyyəli diplomatının ölkədən çıxarılmasına qərar verib. Ottavanın açıqlamasına görə, həmin diplomat Kanadada Hindistan kəşfiyyatına rəhbərlik edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ