
Bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, bu, ABŞ və İran arasında yeni razılaşma ilə mümkün olub. Belə ki, ABŞ bunun qarşılığında bir neçə iranlı məhbusu azad edəcək, eləcə də, İranın dondurulan 6 milyard dollarlıq aktivlərini əldə etməsinə şərait yaradacaq.
Razılaşmaya əsasən, ilkin mərhələdə amerikalılar azad edilir, onlar vətənlərinə döndükdən sonra ABŞ öz öhdəliklərini yerinə yetirəcək.
Qeyd edilib ki, ABŞ-ın İrana qaytaracağı 6 milyard dollar humanitar xərclərə yönəldiləcək.
/atributinfo.az/