Üç ölkənin lideri bu barədə 18 avqustda Kemp-Deviddə keçiriləcək sammitdə bəyanat verəcək.
Bəyanatda, o cümlədən, Koreya yarımadası yaxınlığında mütəmadi qaydada birgə hərbi təlimlərin keçirilməsi, Şimali Koreya raketlərinin buraxılması barədə real vaxt rejimində məlumatların, eləcə də, kibertəhlükəsizlik və mühüm sənaye sektorları üçün təchizat zəncirləri kimi yeni sahələrdə daha sıx əməkdaşlığa və kəşfiyyat məlumatlarına dair informasiya mübadiləsinin yaxşılaşdırılması üzrə həllərin əks olunacağı deyilir.
Məlumata görə, üç ölkə rəhbərinin mütəmadi görüşünün keçirilməsi fikri ABŞ administrasiyası tərəfindən irəli sürülüb.
/atributinfo.az/
