Türkiyə MİT Suriyada əməliyyat keçirib, İŞİD lideri zərərsizləşdirilib
Dünya / Gündəm
1-05-2023, 11:06
366
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi antiterror əməliyyatında İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qureyşi adlı şəxsi zərərsizləşdirib. TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident onu da qeyd edib ki, NATO ölkələri arasında PKK terror təşkilatı ilə mübarizə aparan tək ölkə Türkiyədir.