Bu barədə E.Makron Yelisey sarayında çıxışı zamanı deyib.
"Dəyişikliklər qarşıdakı aylarda silahlı qüvvələrimizin nəzərəçarpacaq dərəcədə azaldılması və Afrikadakı bazalarımızda afrikalı tərəfdaşlarımızın sayının artması ilə başlayacaq", - deyə o bildirib.
O, Afrikaya səfərindən əvvəl "öz prioritetlərini və Fransa, Avropa və Afrika qitəsi arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını" təqdim etdi.
Makron “Afrika rəqabət platforması deyil” deyib.
