Sizin reklam burada
Sizin reklam burada

“F-16” məsələsində ABŞ-dan konkret addımlar gözləyirik - Hulusi Akar

Türkiyə ABŞ-dan 40 ədəd “F-16” qırıcısı almaq, 79 təyyarəni isə modernləşdirmək üçün fəaliyyətini davam etdirir.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada finlandiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Bu məsələ ilə bağlı prosesi müsbət dəyərləndirən Hulusi Akar deyib: “Bu müsbət yanaşmalardan (ABŞ-ın qarşıdakı il üçün müdafiə büdcəsində “F-16” qırıcıları ilə bağlı Türkiyəyə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması) asılı olaraq indi ABŞ-dan müsbət və konkret addımlar gözləyirik”.
Təhlükəsizlik məsələlərində Türkiyənin tələblərini yaxşı başa düşdüklərini ifadə edən Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib: “Mülki insanlara qarşı həyata keçirilən terror aktlarını ən yüksək səviyyədə qınayırıq”.
Türkiyə ilə müdafiə sahəsindəki əməkdaşlığa böyük üstünlük verdiklərini vurğulayan finlandiyalı nazir daha sonra vurğulayıb: “Finlandiya olaraq qətiyyətli şəkildə terrorun bütün hallarını rədd edir və qınayırıq”.

  • Sosial şəbəkədə paylaş