Sizin reklam burada
Sizin reklam burada

Qvatemalanın sabiq prezidentinə 16 il həbs cəzası verildi

Qvatemala məhkəməsi çərşənbə günü eks-prezident Otto Peres Molinanı 16 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə “Prensa Libre” qəzeti məlumat yayıb.
Sabiq dövlət başçısı cinayətkar sui-qəsddə və gömrük ödəmələrindən yayınmada təqsirli bilinib. Eyni ittihamlar üzrə Molinanın rəhbərliyi dövründə vitse-prezident olmuş Roksana Baldetti də təqsirli bilinib. Məhkumların hər biri 8,7 milyon kvetzal (təxminən 1,1 milyon dollar) məbləğində cərimə ödəməli olacaq.
2015-ci ilin yazında Baş Prokurorluq və BMT-nin maliyyələşdirdiyi Qvatemalada Qanunsuzluğa Qarşı Mübarizə Komissiyası gömrük orqanlarının fəaliyyətində irimiqyaslı korrupsiya halının üstünü açıb. Baş verən qalmaqal Baldettini may ayında istefa verməyə məcbur edib və o, avqustun sonunda həbs olunub.
2012-ci ilin yanvarından 2015-ci ilin sentyabr ayının əvvəlinə kimi dövlət başçısı vəzifəsini icra edən Peres Molina sui-qəsd, qaçaqmalçılıq və rüşvətxorluqda ittiham olunub.
Sentyabrda parlament onun toxunulmazlığını götürüb, bundan sonra o, istefa verib. Daha sonra sabiq dövlət başçısı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə həbs edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ