Sizin reklam burada
Sizin reklam burada

FIFA 2022-ci il dünya çempionatında meksikalı azarkeşlərin şüarları ilə bağlı iş açıb

Beynəlxalq Futbol Federasiyası (FİFA) Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 1-ci turunda Polşa ilə oyunda Meksika millisinin azarkeşlərin təhqiramiz şüarlar səsləndirməsinə görə intizam işi açıb.
Bu barədə "Aftonbladet" portalı xəbər verib.
Məlumata əsasən, söhbət “ölkənin, şəxsin və ya bir qrup şəxsin ləyaqətinin alçaldıcı, ayrı-seçkilik və təhqiramiz sözlərlə təhqir edilməsi” faktlarından gedir.
Noyabrın 22-də Dohadakı "Stadion 974" arenasında keçirilən Meksika - Polşa matçı qolsuz bərabərliklə başa çatıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ