Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ-da "Tesla"ya qarşı avtopilot texnologiyasına görə araşdırmalar başlayıb

    ABŞ Ədliyyə Nazirliyi ötən il ölkənin "Tesla" şirkətinə qarşı bu şirkətin avtomobillərinin avtopilot texnologiyasından istifadə etməklə avtonom idarə oluna bilməsi xəbəri ilə bağlı araşdırmaya başlayıb.
    Bu barədə "Reuters" agentliyi xəbər verib.
    Məlumata əsasən, arasdırma avtopilot funksiyasından istifadə edərkən "Tesla" avtomobillərinin iştirakı ilə baş verən bir neçə qəzadan sonra başlayıb. Agentlik qeyd edib ki, şirkət müştərilərə xəbərdarlıq etdi ki, texnologiya idarə etməyə kömək edir, lakin onu avtonom etmir.
    Müstəntiqlər "Tesla"nın texnologiyasının imkanları ilə bağlı çıxış edərək istehlakçıları, investorları və tənzimləyiciləri aldatdığını araşdırır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ