Sizin reklam burada
Sizin reklam burada

Cənubi Koreyada güclü yağışlar 7 nəfərin ölümünə səbəb olub

Cənubi Koreyada güclü yağışlar 7 nəfərin ölümünə səbəb olub Cənubi Koreyanın Seul şəhərində və ətrafında yağan güclü yağışlar nəticəsində 7 nəfər ölüb, daha 6 nəfər itkin düşüb.
Bu barədə rəsmilərə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata əsasən, daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan əlavə, paytaxtda və yaxınlıqdakı bəzi şəhərlərdə evləri, binaları, nəqliyyat vasitələrini və metro stansiyalarını su basıb.
Qeyd edilir ki, hazırkı yağışları ölkədə son 80 ilin ən güclü yağışlarıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ