Sizin reklam burada
Sizin reklam burada
  • Konqoda baş vermiş partlayışda azı 6 nəfər həlak olub, xeyli sayda yaralı var

    Konqoda baş vermiş partlayışda azı 6 nəfər həlak olub, xeyli sayda yaralı var Konqo Demokratik Respublikasının şimal-şərqindəki Şimali Kivu əyalətinin Qoma şəhərində baş verən partlayış nəticəsində azı 6 nəfər həlak olub.
    Bu barədə ölkənin kommunikasiya naziri Patrik Muyaya öz "Twitter" səhifəsində bildirib.
    Məlumata görə, daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    "Daha əvvəl xəbər verildiyi kimi səkkiz nəfər deyil, altı nəfər vəfat edib. Digər iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb", - nazir bildirib.
    O bildiribki, hazırda partlayışın xarakterini və mənşəyini dəqiqləşdirmək çətindir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ