Sizin reklam burada
Sizin reklam burada

Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb

Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb Pxenyan daha bir naməlum mərminin buraxılışını həyata keçirib.
Xarici KİV-lərə istinadən xəbər veririk ki, mərmi Yapon dənizi istiqamətində atılıb.
Bu, Şimali Koreyanın bu il həyata keçirdiyi artıq 6-cı buraxılışıdır. Cənubi Koreya ordusunun qanadlı raket ola biləcəyinə inandığı iki mərminin sonuncu sınağı yanvarın 25-də baş tutub.
Müşahidəçilər deyirlər ki, KXDR tərəfindən qanadlı raketlərin buraxılması BMT tərəfindən qadağan edilmir, sanksiyalar ballistik texnologiyalardan istifadə edilən raket buraxılışlarına şamil edilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ