Sizin reklam burada
Sizin reklam burada

Yunanıstanda kəskin hava şəraitinə görə məktəb və idarələr bağlanıb

Yunanıstanda kəskin hava şəraitinə görə məktəb və idarələr bağlanıb Yunanıstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar bu gün qeyri-iş günü elan edilib.
Bu barədə ölkənin iqlim böhranı məsələləri və mülki müdafiə naziri Xristos Stilianidis deyib.
O bildirib ki, gün ərzində dövlət və özəl müəssisələr bağlı qalacaq, eyni zamanda bütün tədris müəssisələrində dərslər dayandırılacaq.
Yalnız təhlükəsizlik, fövqəladə xidmət müəssisələri, ərzaq mağazaları və apteklər fəaliyyət göstərəcək.
Qeyd edək ki, Yunanıstan ərazisində tüğyan edən "Elpis" siklonu böyük fəsadlara səbəb olub. Paytaxt və Afinada və digər şəhərlərdə çoxlu sayda ev işıqsız qalıb.
Kəskin hava şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində də kəskin hava şəraiti nəqliyyat sektorunu iflic edib. Özəl avtomobillərin yola çıxması qadağan edilib, hava limanlarında uçuşlar dayandırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ