Sizin reklam burada
Sizin reklam burada
  • Axtarışda olub-olmadığını yoxladı: Polis oğrunun evinə gəldi

    Axtarışda olub-olmadığını yoxladı: Polis oğrunun evinə gəldi Kramatorskda axtarışda olan şəxs özü patrul əməkdaşlarını evinə çağırıb.
    O, çoxlu oğurluq etdiyinə görə axtarılırmış.
    Həmin şəxs 102-yə zəng edərək məsləhətə ehtiyacı olduğunu bildirib. Çağırış yerinə gələn patrul xidmətinin əməkdaşları onunla görüşüblər. Kişi bir az sərxoş olub və axtarışda olub-olmadığını yoxlamaq istəyib.
    Polis bazasına əsasən patrul müəyyən edib ki, 41 yaşlı yerli sakin dəfələrlə oğurluq etdiyinə görə həqiqətən də aktiv axtarışdadır.
    Polisdən verilən məlumata görə, kişiyə vəziyyəti aydınlaşdırmaq üçün polis idarəsinə getməyi təklif ediblər. O, özünü tamamilə sakit aparıb.
    “Deyə bilərəm ki, bu, bizim təcrübəmizdə ilk dəfədir baş verir. Polis, əlbəttə, belə bir çağırışa təəccüblənib”, - Kramatorsk patrul polisinin spikeri Kseniya Yatsen deyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ