Sizin reklam burada
Sizin reklam burada

ABŞ miqrantlara 1 milyard dollardan çox kompensasiya ödəyəcək

ABŞ miqrantlara 1 milyard dollardan çox kompensasiya ödəyəcək ABŞ Prezidenti Cozef Baydenin administrasiyası keçmiş prezident Donald Trampın apardığı miqrasiya siyasəti nəticəsində ölkənin cənub sərhədini keçəndən sonra ailəsindən ayrılan miqrantlara kompensasiya ödənilməsi imkanlarını nəzərdən keçirir.
Bu barədə mənbələrə istinadən "The Wall Street Journal" yazır.
Məlumata əsasən, sözügedən kompensasiyalara büdcədən 1 milyard dollardan artıq vəsaitinin ayrılması planlaşdırılır.
Bildirilir ki, layihə ilə ölkənin Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və Səhiyyə və Sosial Xidmətlər Nazirliyi məşğul olur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ