Sizin reklam burada
Sizin reklam burada

Yaponiyanın yeni baş naziri və ABŞ prezidenti arasında telefon danışığı olub

Yaponiyanın yeni baş naziri və ABŞ prezidenti arasında telefon danışığı olub Yaponiyanın baş naziri Fumio Kisida və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.
Bu barədə Fumio Kisida telefon danışığının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, telefon danışığı təxminən 20 dəqiqə davam edib: "Yaponiya-ABŞ ittifaqını gücləndirməyə, azad və açıq Hind-Sakit okean bölgəsi konsepsiyasının həyata keçirilməsi üzərində çalışmağa hazır olduğumuzu təsdiqlədik".
Baş nazir bildirib ki, C.Bayden Təhlükəsizlik Müqaviləsinin 5-ci maddəsinə əsasən Yaponiyanı müdafiə edəcəyinə dair öhdəliyini bir daha təsdiqləyib.
F.Kisida həmçinin Çin, KXDR, koronavirusla mübarizə məsələləri üzrə əməkdaşlığı davam etdirməyə razılaşıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ