Sizin reklam burada
Sizin reklam burada

İŞİD-in Moskvada planlaşdırdığı silsilə terror aktlarının qarşısı alınıb

İŞİD-in Moskvada planlaşdırdığı silsilə terror aktlarının qarşısı alınıb Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvanın bir neçə yerində planlaşdırılan terror aktlarının qarşısını alıb.
FTX-nın yaydığı məlumatda terror aktların arxasında Rusiyada qadağan edilmiş İŞİD-in Türkiyədə gizlənən elçisinin durduğu bildirilir.
Diversiya-təxribat qrupu bir Moldova və bir neçə Tacikistan vətəndaşından ibarətdir. Məlumatda bildirilir ki, saxlanılanlar kustar üsulla hazırlanan partlayıcı qurğulardan istifadə etməklə rezonansa səbəb olacaq bir neçə terror aktı hazırlayıblar.
“Dörd nəfər saxlanılıb. Axtarışlar nəticəsində kustar üsulla hazırlanan partlayıcı qurğular, avtomat silah və yüksək dağıdıcı gücə malik partlayıcı qurğuların hazırlanması üçün xeyli miqdarda partlayıcı maddə aşkarlanıb", - deyə məlumatda qeyd olunur.
FTX-dən bildirilib ki, terror aktları Tacikistan hökuməti tərəfindən beynəlxalq axtarışa verilən, hazırda Türkiyə ərazisində gizlənən İŞİD emissarının göstərişləri əsasında həyata keçirilməliymiş.
Partlayıcı qurğulardan biri Moskvanın cənub-qərbindəki yaşayış binalarından birində zərərləşdirilib.
Xüsusi əməliyyat Nametkina küçəsindəki 18 mərtəbəli evdə keçirilib.
“Partlayıcı qurğu evin 10-cu mərtəbəsindəki mənzillərin birində aşkarlanaraq zərərləşdirilib. 19-u uşaq olmaqla, 145 sakin təxliyə edilib", - deyə məlumatda bildirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ