Sizin reklam burada
Sizin reklam burada
  • Musiqili Teatrda Rusiyanın teatr rəhbərləri ilə görüş keçirilib

    Musiqili Teatrda Rusiyanın teatr rəhbərləri ilə görüş keçirilib Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ölkəmizə gələn Rusiya Federasiyasının aparıcı teatr kollektivlərinin rəhbərləri ilə görüş keçirilib.
    Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun verdiyi məlumata görə, görüşdə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının İcraçı direktoru Natalya Zıkova, Sverdlovsk Akademik Musiqili Komediya Teatrının baş direktoru Mixail Safronov, İrkutsk Musiqili Teatrının direktoru Tatyana Mezençeva, həmin teatrın baş rejissoru Anna Feketa, “Sankt-Peterburq Opera” Kamera Musiqili Teatrının direktoru Yevgeni Malıgin, Severski Musiqili Teatrının direktoru Svetlana Bunakova, Moskva Dövlət Musiqili Teatrının Bədii rəhbəri Gennadi Çixaçov və başqaları iştirak edib.
    Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Rusiyadan gələn qonaqlara ölkə Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan teatr sənətinin, musiqisinin, incəsənətinin, ümumilikdə, Azərbaycan mədəniyyətinin inkişafı, beynəlxalq aləmdə tanıdılması üçün çox vacib və mühüm işlər gördüyünü vurğulayıb.
    Görüşdə ikitərəfli mədəni əlaqələr müzakirə edilib, bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. İki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və Rusiyaya dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı, qarşılıqlı səfər və qastrolların təşkili ilə bağlı məsələlərə toxunulub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ