Sizin reklam burada
Sizin reklam burada
  • 2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanlarının vaxtı açıqlayıb

    2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanlarının vaxtı açıqlayıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanları və qeydiyyat tarixlərini açıqlayıb.
    TQDK-dan verilən xəbərə görə, 2016/2017-ci tədris ili üzrə 6 imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahanlar oktyabrın 1-i, dekabrın 3-ü, yanvarın 21-i, martın 11-i, mayın 6-sı və iyunun 3-də olacaq.
    İmtahanlara qeydiyyatdan keçmək üçün http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/ keçiddən istifadə etmək olar.
    SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanıdır.
    Dünyada hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ilin sonunda ABŞ-ın ETS (Eductational Testing Service - Təhsil Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə “College Board” - Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanını Azərbaycanda test mərkəzi kimi TQDK tərəfindən keçirilməsinin icazəsini əməkdaşlıq razılaşması ilə əldə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ