Sizin reklam burada
Sizin reklam burada
  • "Çeşmə" ədəbi məclisinin növbəti yığıncağı keçirilib

    İyun ayının 27-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi.
    "Atributinfo.az" xəbər verir ki, tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, məclisdə ilk dəfə iştirak edən tanınmış şair, fəlsəfə elmləri doktoru Arzu Kazımqızı Nehrəmlinin ayağının sayalı olmasını və hər zaman bu yığıncaqda iştirak eləməsini arzuladı. Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı. Yığıncaqda ilk olaraq söz elə Arzu xanıma verildi. Tanınmış şair yığıncaqda Aşıq Ələsgərin yaradıcılığından danışdı və Dədə Ələsgərin adını daşıyan otaqda belə bir məclisin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və şeirlərindən bir neçəsini səsləndirdi. Arzu xanımın çıxışından sonra söz "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, tanınmış şair, təcnis ustası, AYB- nin üzvü Adil Cəfakeşə verildi. O da məclisə xeyir- duasını verəndən sonra şeirlərindən səsləndirdi. Məclis rəhbəri qeyd elədi ki, bu yaxınlarda iki "Divan" müəllifi Hüseyn Sözlünün 80 illik yubileyi qeyd olunub. Şairi bir daha təbrik eləyib, sözü ona verdi. Hüseyn Sözlü yeni yazdığı qəzəllərindən bir neçəsini səsləndirdi. Bir gün əvvəl 70 yaşı tamam olan, AYB- nin üzvü, tanınmış şair Vahid Çəmənliyə söz verildi. Şair kövrək duyğularla yazdığı şeirlərindən bir neçəsini səsləndirdi. Sonra ardıcıl olaraq şairlərə bir- bir söz verildi və sözü Xəzər bölməsinin üzvü, tanınmış ustad şair- qəzəlxan Əşrəf Pirşağılıya verdi. Tanınmış şair həvəslə qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra AYB- nin üzvü, şair İldırım Əlişoğlu Qehramanova söz verildi. Hörmətli şair tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz şair, AYB-nin üzvü Əliyar Mərdiyevə verildi. O da ədəbiyyatımızda olan nöqsanlardan, sözün mədəni inkişafımızda əhəmiyyətindən danışdı, şeirlərindən səsləndirdi və sonra söz 2-ci Qarabağ müharibəsinin qazisi, şair Eyvazov Qafqaza verildi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Lilpar xanım növbəti məclisin tanınmış şair, AYB- nin üzvü Vahid Çəmənlinin 70 illik yubileyinə və yeni çapdan çıxmış "Sənsiz keçən ömür" adlı kitabın təqdimatına həsr olunacağını qeyd elədi. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ