Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər Səməndərli yazdığı şeirlərdə fikrini aydın şəkildə göstərən şairlərdəndi

    Aprel ayının 22-də dəyərli şair dostum Bəradər Səməndərlinin (Xanəliyevin) Azərbaycan Yazıçılar Birliyinin Natavan zalında sayca altıncı olan, "Qaytar məni gəncliyimə" adlı şeirlər kitabının təqdimatı keçirildi.
    Kitabda yer almış şeirlər gənc nəslin maariflənməsi üçün böyük əhəmiyyətə malik olan əsərlərdi. Vətən, torpaq sevgisi kitabın əsas motivini təşkil edir. Adından göründüyü kimi, şair gəncliyin ötüb keçən günlərinin həsrətini çəkir və çox şeirlərində bunu nəzərə çatdırır. Saatlı torpağında dünyaya göz açan şair, itirdiyi gəncliyini ömrünün yarısında axtarır.

    Kitabda olan bütün şeirlər oxucunu duyğulandır və düşündürür. Şair zəmanəmizdə olan çatışmamazlıqlardan da öz kitabında söz açır. Könlünün incə duyğularını şeir vasitəsi ilə oxucuya çatdıran insan həmişə kövrək olur.

    Bəradər Səməndərli (Xanəliyev) yazdığı şeirlərdə fikrini aydın şəkildə göstərən şairlərdəndi. Dəyərli şair dostumu yeni kitabının işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edirəm. Ona yeni- yeni yaradıcılıq illəri arzulayıram.

    Lilpar Cəmşidqızı,
    qəzəlxan, "Çeşmə" ədəbi məclisinin sədri


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ