Bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında səsləndirib.
Onun sözlərinə görə, ötən il 850 mindən çox kitabın elektronlaşdırılması prosesi həyata keçirilib. Eyni zamanda, kitabxanalar beynəlxalq fəaliyyət sahəsində də fəallıq göstərib, müxtəlif əməkdaşlıq layihələrində iştirak edib. Bununla yanaşı, nadir əlyazmaların ölkəyə qaytarılması istiqamətində də mühüm addımlar atılıb.
