Sizin reklam burada
Sizin reklam burada
  • Təbrik edirəm

    Natella Asena haqqında çox söz deməyə lüzum duymuram ona görə ki, onu cəsarətinə, iradəsinə, fədakarlığına, qələminin-sözünün gücünə, qüdrətinə görə Azərbaycan ictimaiyyəti, Azərbaycanın elitası, eləcə də Azərbaycan hərbi cəmiyyəti yetərincə tanıyır, hörmət bəsləyir. Daha doğrusu Natella xanımı böyük əksəriyyət vətənini, torpağını, dövlətini qəlbən sevən, candan əziz tutan hərbi jurnalist kimi tanıyır.
    Məhz bu kimi parlaq xüsusiyyətləri bizi dost edib, bir-birinizə uzun illərdir ki, qırılmaz tellərlə bağlayıb. Başçılıq etdiyi "Zəfər qalası" qəzetinin baş redaktoru Natella Asena daim sükanı əlində möhkəm saxlamaqla yanaşı, ən əsası fədakar hərbçi, dəyərli Vətən oğlunun anasıdır. Onun sözünün, qələminin gücü cəsarətinə və zamanında qorxmadan, çəkinmədən hədəfə vurmasındadır.
    Dəyərli Natella xanım, bu gün sizin gününüzdür. Dünyaya xoş gəlmisiz. Sizi ürəkdən təbrik edir, davamlı həyatınızın daha səmərəli, mənalı olması arzusu ilə sizə yeni-yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayıram!
    Doğum gününüz mübarək!

    Hörmətlə Bəradər Səməndərli
    "Atributinfo.az"ın baş yazarı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ