Sizin reklam burada
Sizin reklam burada
  • Heydər Əliyev 102 - "Atribut" 22

    Heydər Əliyev 102  - "Atribut" 22 Bəradər Səməndərli
    baş redaktor

    ADIMIZ İMZAMIZ, İMZAMIZ İSƏ ADIMIZDIR

    İllər nə tez gəlib keçdi, heç özüm də bilmədim... Düz 22 il öncə- 2003-cü il mayın ayınin 10-u Azərbaycanin böyuk oğlu Heydər Əliyevin 80 illik yubileyi günündə media limanına qədəm qoyaraq "atribut" adı altında biz də öz "gəmi"mizi buraxdıq üfüqlərə doğru.
    Yolumuz bəzən işıqlı, açıq olsa da, bəzən çiskinlə, dumanla da rastlaşmali olduq; ilğımlara sevinə-sevinə, dalğaların şıltaqlığına sinə gərə-gərə sükanı əlimizdə möhkəm saxladıq; tutduğumuz haqq yolunda qərəzdən, şər-bohtandan uzaq olduq və nəhayət gəlib dolduq yaşimızin 22-ci sənəsinə.
    Onu da dilə cəsarətlə gətirməliyəm ki, uca Yaradandan savayı yaşamaq və yaratmaq naminə kimsədən təmənna ummadıq, dəstək görmədik. Ali vəzifə və məqsədimiz isə media əsgəri olaraq xalqımıza, dövlətimizə, dövlətçiliyimizə, Heydər Əliyev irsinə, ideologiyasına, bu günkü qalıb Azərbaycan Respublikasına informasiya cəbhəsində yorulmadan, çəkinmədən cəsarətlə, sədaqətlə,məhəbbətlə xidmət etmək oldu və bu missiyanı bu gün də qürurla davam etdirməkdəyik.
    Bu illər ərzində itirdiyimiz vaxt olsa da, qazandığımız oxucu məhəbbətdir. Necə deyərlər, adımız imzamız, imzamız isə adımızdir.



    ATRİBUT

    Vətən oğlu, qoru dövlət rəmzini,
    Dövlətinin bayrağıdı atribut.
    Ayaq basıb üzərində gəzdiyin,
    Azərbaycan torpağıdı atribut.

    Hər əsgəri bir ordudu sorduğun,
    Ordu vətənindi, Vətən ordunun.
    Vətəninə keşik çəkən ordunun,
    Səngəridi, yatağıdı atribut.

    Yenə qıcayıbdı düşmən dişini,
    Unudub xalqımın mərd keçmişini.
    Bu torpaqda cəsarətli kişinin,
    Qeyrətidi, papağıdı atribut.
    Ucalığı, boyu bizə qaytaran,
    Bizi toya, toyu bizə qaytaran.
    Kökümüzə, soyumuza qaytaran,
    "Segah", "Cəngi", "Qaytağı"dı atribut.

    Xətaidən od alıbdı qaynağım,
    Koroğluyam, Çənlibeldi oylağım.
    Qarabağda dalğalanır bayrağım,
    Düşmənlərə göz dağıdı atribut.

    Bəradər, bu tətik, bu da nişanın,
    Vətənə, torpağa qurbandı canın.
    Qalıb ordumuzun, Azərbaycanın,
    Bu günüdü, sabahıdı atribut.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ