
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş mühafiz, t.ü.f.d, dosent Məhfuzə Zeynalova, İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva, Rəssamlar İttifaqının üzvü, Bakı Rəsm Qalereyasının direktoru Eldəniz Babayev, “Aydınlığa doğru” Milli-mənəvi dəyərlərin qorunması ictimai birliyinin sədri Solmaz Əmirli, rəssam Esmeralda İslamova-Tağızadə çıxış ediblər. Tədbirdə həmçinin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilmiş Azərbaycan Rəssamlar İttifaqının üzvü Esmeralda İslamova-Tağızadənin 20 Yanvar faciəsini əks etdirən rəsm əsəri triptixinin təqdimatı keçirilib.
Tədbirin bədii hissəsində Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında “Humayun” muğamı (qanunda ifa edib: IX sinif şagirdi Sultanova Aysun), “Lay-lay” əsəri (tarda ifa edib: III sinif şagirdi Hüseynov Yusif), “Azərbaycan” mahnısı (çıxış edib: IX sinif şaqirdi İbrahimli Əli) səslənib, “Həyat” rəqs qrupunun üzvü Əhmədova Mehinin ifasında “Qərənfil rəqsi” nümayiş olunub, “Zülmətdə işiq” adlı kompozisiyanı “SanSara” - gimnastika, akrobatika və rəqsin beynəlxalq akademiyasının üzvləri təqdim edib. Həmçinin tədbirin bədii proqramında “Ağla, qərənfil” şeiri Şahgəldiyeva Aylin və Ağakərimova Fatimə tərəfindən səsləndirilib, 20 Yanvar faciəsinə həsr olunmuş digər şeirlər Uni Kids Clubun üzvləri tərəfindən təqdim olunub. Onu da qeyd edək ki, tədbirin bədii proqramının rəhbəri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədli olub.
Tədbirdə həmçinin “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının üzvlərinin rəsm əsərləri sərgilənib və rəssam Esmeralda İslamova-Tağızadəyə, “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının üzvlərinə təşəkkürnamələr təqdim olunub.
Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin kursantları, Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri, “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının, Uni Kids Club-un üzvləri, muzey işçiləri, rəssamlar iştirak ediblər.







