Sizin reklam burada
Sizin reklam burada
  • Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Yaşıl dünyam" layihəsinin icrasına başlanılıb

    "Atributinfo.az" xəbər verir ki, layihə çərçivəsində Saatlı rayon bir sıra ümumi təhsil məktəblərinin şagirdləri tərəfindən 500-ə yaxın ağac əkilmişdir. Eyni zamanda mütəxəssis tərəfindən şagirdlərə ağacları əkmək, onlara qulluq qaydaları haqqında geniş məlumat verilmişdir. Bundan əlavə "Yaşıl dünya" nı təşfiq edən rəsm və əl işlərindən ibarət şagirdlərin sərgisi təşkil olunmuşdur.
    Qeyd edək ki, "Yaşıl dünyam" layihəsini Saatlı rayon Məzrəli kənd tam orta məktəbin direktoru Samir Məmmədov həyata keçirir. Açılış zamanı layihə rəhbəri Saatlı Rayon Təhsil sektorunun müdiri Günay Sultanovanı, eləcə də layihəyə cəlb olunmuş rayonun ümümi təhsil məktəblərinin şagird və müəllimlərini layihənin məqsədi haqqında məlumatlandırmışdır.
    Əsas məqsədi əməksevərliyi və əməkdaşlığı təbliğ etmək, istedadlı şagirdləri özə çıxartmaq və onlara dəstək olmaq, şagirdlərə təbiəti sevmək və qorumaq hissini aşılamaqdır.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ