Sizin reklam burada
Sizin reklam burada
  • Bəstəkarlar İttifaqının 90 illik yubileyi silsiləsindən yeni kitablar işıq üzü görüb

    Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə əlaqədar nəşrlər silsiləsindən yeni kitablar işıq üzü görüb.
    İttifaqdan bildirilib ki, kitabda Vətən müharibəsində Zəfər münasibətilə bəstəkarların qələmə aldığı xor və simfonik əsərlərin partiturası nəşr olunub.
    İlk dəfədir ki, Bəstəkarlar İttifaqı tərəfindən əsərlərin partiturası çap edilir. Onu da qeyd edək ki, bu, “Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının xor və simfonik orkestr üçün əsərləri” adlı partituraya Firəngiz Əlizadənin “Zəfər marşı” (söz: müəllif), Cəlal Abasovun “Şanlı Azərbaycan” (söz: Məhəmmədhüseyn Şəhriyar), Məmməd Cəfərovun “Nər oğlum!” (söz: Nəsibə İsrafilqızı), Rəna Qədimovanın “Azərbaycanım” (söz: Yusif Nəğməkar), Sərdar Fərəcovun “Azad Şuşa!” (söz: müəllif) əsərləri daxildir.
    Növbəti kitab isə musiqişünas mərhum L.Karagiçevanın “Frangiz Alızade. Naçalo puti” kitabıdır. Rus dilində işıq üzü görən bu nəşrin elmi redaktoru giriş və “Son söz”ün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovadır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ