Sevinclə gəlib, kədərlə qayıdan hər bir insanın doğum tarixi onun həyatında əvəz olunmayan əlamətdar hadisədir. İstər bir yaşında, istərsə də 100 yaşında olsun, doğum tarixi yenilənərkən hər dəfə yeni yaşın sevincini yaşayan insan sanki təqvimi qeyd etmir, dünyaya elə həmin gün doğulduğunu təsəvvür edir
Bu gün ömrünün 10-cu baharına nöqtə qoyan balaca yubilyar mələk simalı Mələk balanın yaşının üstünə bir il də əlavə olunur.
Məlumat üçün qeyd edək ki, Burtizadə Mələk İsa qızı Bakının Suraxanı rayonundakı 89 saylı orta məktəbin 5-ci sinifində oxuyur. Dərs əlaçısıdır.
O, mükəmməl bilik və bacarığı, nümunəvi davranışı, dərsə davamiyyəti ilə məktəbdə hər kəsin diqqətini çəkir.
Böyuk arzularla yaşayan Mələk balanı doğum günü münasibətilə atası İsa bəy, anası Minəxanım xanım, eləcə də xalası Aynur xanım ürəkdən təbrik edir, ona acılı-şirinli həyatda mənalı, bərəkətli, faydalı ömür, möhkəm can sağlıgı, parlaq gələcək arzulayırlar.
Ömür pillələrinin
Hələ əvvəlindəsən.
Bir çox yaşıdlarından,
Savadınla öndəsən.
Qarşıdadır gələcək,
Hədəfi düz seçərsən.
Sən elm tarlasından
Əkdiyini biçərsən.
Zirvələr səninlədir,
Qoy, uca olsun başın.
Mələk, təbrik edirik,
Mübarəkdi 10 yasın!
