Sizin reklam burada
Sizin reklam burada
  • Mövludunuz mübarək Elmir müəllim!

    İlk öncə ölkə rəhbəri, cənab İlham Əliyevə Saatlı ictimaiyyəti adından dərin minnətdarlığımı bildirirəm ona görə ki, Elmir Bağırov kimi ləyaqətli, qabiliyyəti, vicdanlı, alicənab bir gənc ziyalını bu rayona rəhbər təyin edib.
    Uzun illər Satlıda icra başçısı ilə vətəndaşlar arasında balansını itirən isti münasibətlər üzündən camaat sanki dərdini, problemini bölüşə biləcək rəhbər aclığı keçirirdi. Bu aclığa 24 avqust 2024-cü ildən bu yana fəaliyyəti dövründə nurlu görünüsü, nümunəvi davranışı, mədəni danışığı, sözü ilə əməli üst-üstə düşən Elmir Bağırov əsl həqiqətdə son qoydu. Daha qəbula gəlməyə ehtiyac yoxdur. Bu insan mütamadi olaraq kəndbəkənd əhali ilə səyyar görüşlər keçirir, hər kəsi dinləyir, narahatlıq doğuran məsələlərin həlli istiqamətində aidiyyatı üzrə maksimum səy göstərir.
    Elmir Bağırov dövlətini, xalqını qəlbən sevən, dövlət başçısının tapşırıq və tövsiyələrini yüksək məsuliyyət hissi ilə anındaca yerinə yetirən, sayı az olan vətənpərvər icra başçılarındandır. O, Vətən torpaqlarının işğaldan azad olunmasında canını verən Şəhidlərimizin ailə üzvlərini, eləcə də yaralı Qazilərimizi ayrı-ayrılıqda ziyarət etməyi ənənəvi olaraq gündəlik iş planı hesab edir. Bu gün sözü gedən ziyalımızın dünyaya təvəllüd tapdığı əlamətdar təqvimdir.
    Rayonumuzun dəyərli rəhbəri, hörmətli dostumuz Elmir müəllim, Sizi mövlüdunüz mübasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlıgı mənalı və bərəkətli ömür, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

    Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "atributinfo.az" saytının baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ