Sizin reklam burada
Sizin reklam burada
  • Təqva əhli, ləyaqət nümunəsi Hacıxanım İradə Hacızadə mövludunuz mübarək!

    Tarix boyu bir çox taleyüklü məqamlarda məhz qadınlar daxildən gələn tələbatla, humanizm və insanpərvərliklə sülh, barış missiyalarını üzərlərinə götürmüş, sabitliyə, həmrəyliyə və tərəqqiyə xidmət edən böyük təşəbbüslərin müəllifinə çevrilmişlər. Qadınların parlaq zəkası, müdrikliyi, təmkinli düşüncəsi bəzi hallarda hətta insan tələfatı ilə nəticələnəcək böyük münaqişələrin, toqquşmaların qarşısını almışdır. Bu gün də dünyanın hər yerində qadınların bərabərlik, sülh və sabitlik uğrunda hərəkatı genişlənmişdir. Daim inkişafda olan tərəqqirərvər Azərbaycan qadınları bu hərəkatlara fəal surətdə qoşulur, millətimizin haqq səsini beynəlxalq tribunalardan səsləndirirlər.
    Xalqın formalaşma və özünüdərk prosesində, mental dəyərlər sisteminin möhkəmlənməsində, genefondunun qorunmasında, milli məqsədlər naminə səfərbər olunmasında Azərbaycan qadınının xidmətləri əvəzsizdir. İctimai gerçəkliyin, əxlaqi problemlərin həllində, ideya mübarizələrində qadınlarımız əzmkarlığı, fəallığı, müasirliyi, biliyi, bacarığı, möhkəm əqidə saflığı ilə həmişə ön cərgələrdə olmuşlar. Adət-ənənələrimizin yaşadılması və nəsillərdən-nəsillərə çatdırılması yolunda Azərbaycan qadınları daim müdriklik, fədakarlıq və təmkinlilik nümayiş etdirmişlər. Milli-mənəvi dəyərlərə tapınan Azərbaycan qadını yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış etməklə yanaşı, bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır. Bu gün qadınlarımız təkcə insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər.
    Milli-mənəvi dəyərlərin daşıyıcılarından biri də Hacıxanım İradə Hacızadədir. İradə xanım Azərbaycanın mayası, qayəsi halallıqdan yoğrulan ismətli, ləyaqətli, təqvalı, ziyalı xanımlarındandır.
    Bu arada Təqva haqqında bir neçə söz demək yerinə düsər:
    Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar". Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar".
    Başqa yerdə yenə o Həzrət buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır".
    Ustad Mütəhhəri bu hədisin təfsirində buyurur: "Təqva - qorunmaqdır, məhdudiyyət deyildir, maneələrin zindanıdır. Ancaq pənahgah xətərlərə mane olur və zindan isə nemətlərdən bəhrələnməyə mane olur". Ustad bəzi kəlmələri izah edərək, buyurur ki, "təqva - azadlığın əsas mayəsidir, bütün azadlıqların mənbəyi və mənşəyidir. Təqva insana mənəvi azadlıq verir, yəni onu nəfsinin qulu olmaqdan azad edir, tamahın, həsədin, qəzəbin köklərini qoparıb, atır və bu yolla ictimai quldarlığı aradan qaldırır. O insanlar ki, pulun, vəzifənin, rahat yaşamağın qulu deyillər, heç zaman ictimai əsarətə düşməzlər".
    İmam Əli (ə) insan və təqva arasında qarşlıqlı öhdəçiliyi nəzərə alaraq, buyurur: "Yuxunuzu təqva vasitəsilə oyaqlığa çevirin, təqva ilə qorunun və özünüzü təqva vasitəsilə müdafiə edin". Ustad Mütəhhəri buyurur: "Təqva - insanın gözətçisidir və insan təqvanın gözətçisidir. Bu, qeyri-mümkün deyildir, əksinə - mümkündür. Bu qarşlıqlı gözətçilik insan və cəmiyyət gözətçiliyinin növüdür, insan cəmiyyətin oğurluğunun gözətçisidir və cəmiyyət də insanın soyuqdan və istidən gözətçisidir".
    Məhz xalqımızin belə bir imanlı, ismətli ləyaqət, nümunələrindən olan Hacıxanım İradə Hacızadənin bu gün mövludu günüdür. Bu mübarək, əlamətdar gün münasibətilə onu qızı Ayşən xanım və nəvəsi Lalə xanım səmimi qəlbdən təbrik edir, uzun, mənalı, bərəkətli ömür, möhkəm can sağlığı arzulayırar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ