Zülfüqar yaşından çox yaşamış, mükəmməl, yaradıcı söz sahibi olan müdriklər sırasındaydı. O, kimsənin xətrinə dəyməz, hər kəsin könlündə özünə isti yuva qurmuş dəyərli qardaş, sədaqətli dost idi. Vətən məhəbbəti, torpaq sevgisi onun qəlbində ana xətti tutmuşdu. Hərdən, imkan düşdükcə doğma Kəlbəcərə üz tutardı. Söz vermişdi ki, Kəlbəcərə qayıdış başlayan zaman məni də özü ilə Başlıbelə aparacaq. Ancaq çox heyif, zalım əcəl onu elə Kəlbəcərdəcə - doğuldugu Başlıbel kəndində yaxalayaraq, vaxtsız apardı sıralarımızdan. Zülfüqarın əziz xatirəsi dünya durduqca qəlbimizdə yaşayacaq.
Getdiyin məkan cənnət, ruhun şad olsun qardaş. Allah sənə rəhmət eləsin!
Bəradər Səməndərli
"Atribut" qəzetinin və "Atributinfo.az" saytının baş redaktoru
