Sizin reklam burada
Sizin reklam burada
  • Plener əsərlər sərgisi

    Plener əsərlər sərgisi Yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə elan olunmuş “Plener əsərlər sərgisi” 3 iyun 2023 –cü il saat 16:00-da Xətai Sənət Mərkəzində açıldı.
    Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açaraq sərgi iştirakçılarını salamladı. Söz alan Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Turan Cəfərova , Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rüstəm Qulyev, rəssam Calal Ağayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini iştirakçılarla bölüşdülər.
    Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş təbiət qoynunda yaradılmış əsərlərdən ibarət yaradıcılıq sərgisinə 200-dən çox fırça ustası 500-ə yaxın yağlı boya, akril, sulu boya və s. texnikada yaratdıqları əsərlər təqdim edilmişdir.
    “Plener əsərlər sərgisi” 56 rəssamın 79 əsəri izləyicilərin üzünə açıldı.
    Əsəri sərgilənən iştirakçılar:
    Abbasov Telman
    Ağamirzə Elmar
    Ağayev Calal
    Aliyev Elxan
    Arxangelskaya Daniela
    Aslanova Reyhan
    Azər İslam
    Cabarlı Rəvan
    Ceferov Intiqam
    Dadaşova Xədicə
    Əhədov Ağabala
    Əliyev Emin
    Əliyeva Aytac
    Əliyeva Aytən
    Əlizadə Zivər
    Əsədova Məryəm
    Əvəzov Zahid
    Gündüz Həbibli
    Hüseynov Raul
    Hüseynov Cəlil
    Hüseynov Süleyman
    Xanlarova Elnara
    Ibrahimova Nərgiz
    ibrahimov. Hüseyn
    İsmayilov Anar
    İqnatova Alina
    İsrafilov islam
    Kərimov Hafiz
    Qaçayeva Rəhilə
    Qasımov Farrux
    Qocayev Niyaməddin
    Qulyev Rüstəm
    Qurbanov Cavad
    Qurbanov Vüqar
    Memmedov Ramil
    Məmmədxanlı Məlik
    Məmmədli Ülkər
    Məmmədov Süphan
    Məmmədov Abbas
    Məmmədov Alim
    Məmmədov Nazim
    Cəfərov Mənsur
    Məsimova Vusalə
    Mirzəli Cavid
    Mirzəyeva Vüsalə
    Mustafayeva Aynura
    Nadirova Nərmin
    Nəbiyeva Günay
    Oruclu Qurban
    Rzazadə Elşən
    Sadiqov Rəvan
    Şamxalov Nazim
    Şərifov Mətin
    Qurbanov Vüqar
    Vəliyeva Aytən
    Yusufov Bəxtiyar
    Əsərləri nümaiş olunan müəlliflərə sertifikatlar təqdim olundu
    Həmçinin,reqlamentində nəzərdə tutuldğu kimi sərgidəki əsərlər arasından Xətai Sənət Mərkəzinin və sərgi ziyarətçilərinin seçdiyi bir əsərin müəllifinə hədiyyə təqdim olunması noaminasiyalarının tək qalibi rəssam Raul Hüseynov oldu
    Sərgi 3 gün davam edəcək. Giriş sərbəstdir.

    Hüseynbala Həsən
    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ